Sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıların yeni komandanı general-mayor Mixail Kosobokov İrəvanda müdafiə naziri Arşak Karapetyanla görüşüb. Bu haqda Report məlumat verib.
Görüşdə Rusiyanın Ermənistandakı bazasının komandanı polkovnik Dmitri Ovçarov və Moskvanın İrəvandakı hərbi məsələlər üzrə səfiri İqor Şerbakov iştirak edib.
Rusiya sülhməramlılarının əvvəlki komandanı general-leytenant Rüstəm Muradovun səlahiyyət müddəti 13 May 2021-ci ildə başa çatıb.