Sabah, avqustun 28-də Bakının əsas küçələrində, prospekt və yollarında dezinfeksiya işləri aparılacaq. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Kimyəvi maddələrin toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət olmadan küçəyə çıxmamaq xahiş olunur.