top
Sabirabadda DƏHŞƏT: 18 yaşlı oğlan 13 yaşlı qızı zorladı
30 dekabr 2024, 02:16
- ↺ +

Sabirabadda DƏHŞƏT: 18 yaşlı oğlan 13 yaşlı qızı zorladı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabirabadda 18 yaşlı oğlan yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olub.

İnsanoid.com-un əldə etdiyi məlumata görə, hadisənin məhkəmə istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə aparılıb.

Belə ki, 2006-cı il təvəllüdlü Tural Əliyev (ad şərtidir) Sabirabad rayonunda anadan olub. Tural Sabirabad rayon Mədəniyyət Mərkəzi nəzdində yerləşən “Hophopnamə” kitab klubunda 2011-ci il təvəllüdlü Zəhra Qasımova (ad şərtidir) ilə tanış olub. Zəhranın ailə üzvləri ilə münasibətinin pozulmasından istifadə edərək ona qarşı olan cinsi ehtirasını pozğun formada təmin edib. Ona müvəqqəti qalmaq üçün ev təşkil edəcəyini bildirib və aldadaraq, dostunun evinə gətirib. Zəhranı dostuna bacısı kimi təqdim edib. Gecə saatlarında qızın yatdığı otağa keçərək cinsi ehtirasını pozğun formada təmin etməklə seksual xarakterli zorakılıq hərəkətləri edib.

Sədi Əliyev Azərbaycan Respublikası CM-nin 149.3.3 və 150.3.3-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Tural Əliyev özünü ittiham üzrə tam təqsirli bilib. O, ifadəsində göstərib ki, Zəhra ilə aralarında heç bir ciddi yaxınlıq olmayıb:

“Sabirabad Mədəniyyət evində keçirilən bayram tədbirlərində animator kimi çıxış edirdim. Mütəmadi olaraq “Hophopnamə” kitab mərkəzində də olurdum. Zəhra ilə ilk dəfə 2024-cü ildə keçirilən Yeni il tədbirində tanış oldum. Bu ilin may ayında dostum Elmir konsert proqramında səsləndirmə üçün bir nəfər tapmağımı xahiş etdi. Mən də Zəhranı tövsiyə etdim. Qıza yaxınlaşıb söhbət etdim, sonra onun mobil telefon nömrəsini aldım.

Zəhra ailəsi ilə problem yaşayırdı. Məndən ailəsi ilə qalmaq istəmədiyi üçün ona ev tapmağımı istədi. Dostum Məhəmmədlə danışıb, qonağım üçün ev tapmaq lazım olduğunu dedim. Ev tapıldıqdan sonra qızla birlikdə gedib baxdıq. Zəhra evdə qalmağa razılıq verdi. Evə girəndə o, tək qalmaq istəmədiyini və onunla qalmağımı xahiş etdi. İşə gedəcəyim üçün qala bilmədim. İyunun 4-ü gecə Zəhra mənə yazıb dedi ki, evdən çıxıb. Gedib onu götürdüm və Məhəmmədin evinə getdik. Həmin gecə qızla ayrı-ayrı otaqlarda qaldıq. Gecə yarısı Zəhranın ağladığını görüb yanına getdim. Onun əlindən tutub, bir dəfə öpdüm. Aramızda başqa heç bir yaxınlıq olmayıb. Səhəri gün Zəhranı yola saldıqdan sonra anasının qızının qaçırılması barədə şikayət etdiyini öyrəndim”.

Məhkəmə baxışında Zəhra Qasımova zərərçəkmiş şəxs qismində dindirilib. O, ifadəsində göstərib ki, Turalla “Qış nağılı” adlı tədbirdə tanış olub:

“Bu ilin mart ayında “Hophopnamə” kitab klubuna getdim. Bir nəfər şəxs yaxınlaşıb Turalın mənə məlumatları atacağını və həmin yazını əzbərləyib səsləndirməyimi istədi. Bu vaxt bacımın nömrəsini Turala verdim. Axşam o, həmin nömrəyə məlumatları atdı. Bir neçə gün sonra Tural rəfiqəm Rahiləyə “İnstagram” hesabından yazaraq mənim şəxsi səhifəmi istədi. Rahilə onun bu istəyini rədd edib. Apreldə öz nömrəmlə Turala yazdım və həmin tarixdən mütəmadi yazışmağa başladıq. Lakin yazışmalarımız ancaq səsləndirmə ilə bağlı idi. İntim söhbət olmadı.

Bir gün anam Turalın nömrəsini məndə gördüyü üçün telefonu əlimdən aldı. Kitab klubunda Tural mənə yaxınlaşıb xoş sözlər deməyə başladı. Mən də anamla dalaşdığımı, telefonumu əlimdən aldığını dedim. Tural da ev tapacağını bildirdi. Mən də onu yola vermək üçün “yaxşı” dedim. Sonra Tural ev tapdı. Məni götürüb həmin evə apardı. Gecə mənim otağıma gəlib, məcburi cinsi əlaqədə oldu. Ona qarşı gələ bilmədim”.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə hadisədə təqsirləndirilən Tural Əliyev 16 il müddətində azadlıqdan məhrum edilib.

 

Fidan İlqar

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Bu gün, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
Dünən, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
Dünən, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Dünən, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Dünən, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Dünən, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Dünən, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Dünən, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Dünən, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Dünən, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Dünən, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Dünən, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Dünən, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
29 oktyabr 2026, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
29 oktyabr 2026, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Oxşar xəbərlər