Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (ARQUS FİTO) və Azərbaycanın Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin (AQTİS) əlaqələndirilməsi məqsədilə müvafiq saziş imzalanıb. Bu barədə 1 sentyabr tarixində Azərbaycan qida təhlükəsizliyi agentliyi (AQTA) tərəfindən məlumat verilib.
Bundan sonra Azərbaycandan ixrac olunan fitosanitar məhsullara AQTA tərəfindən verilən sertifikat ARQUS FİTO sisteminə yerləşdiriləcək və qarşı ölkə sertifikatın doğruluğunun yoxlanmasını sistem vasitəsilə təmin edəcək.
Yeni qayda sahibkarlara sənədin təstiqlənməsini real vaxt rejimində həyata keçirməyə imkan verəcək.