Lənkəranda özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşdan pul tələb edən əvvəllər məhkum olunmuş şəxs müəyyən edilərək saxlanılıb. Bu haqda oktyabrın 30-da DİN məlumat verib.
O, vətəndaşa karantin rejim qaydalarını pozduğuna görə cərimə edəcəyini bildirib. Cəriməni yazmamaq üçün isə ondan pul tələb edib.
Bu kimi əməllərdən zərər çəkən digər şəxslər varsa, polisə müraciət etmələri xahiş olunur.