“FotoMən III” layihəsi çərçivəsində 15 işsiz gəncə “Kiçik fotoatelye” zərfi üzrə avadanlıqlar təqdim ediləcək. Bu barədə məlumat 2 sentyabr tarixində Dövlət Məşğulluq Agentliyinin rəsmi səhifəsində bildirilib.
İlkin olaraq gənclər qeydiyyatdan keçməlidirlər. Birinci mərhələdən uğurla keçən namizədlər müsahibədə iştirak edəcəklər. Daha sonra iştirakçılar sahə üzrə təlimlərə qatılacaqlar.
“FotoMən III” proqramının əsas məqsədi fotoqrafiya sənətinin incəliklərinin gənclərə öyrədilməsi və onların şəxsi biznesinin təşkilinə dəstək olmaqdır.
Layihə Dövlət Məşğulluq Agentliyi və “ASAN Könüllüləri” Təşkilatın dəstəyi ilə həyata keçirlir.
Fotoqrafiyaya həvəsi olan şəxslər linkə keçid edərək qeydiyyatdan keçə bilərlər.