Sumqayıtda hamilə həyat yoldaşını dənizdə boğaraq öldürən şəxsə hökm oxunub. Bu barədə oktyabrın 12-də Report məlumat yayıb.
Hökmə əsasən, Anar Əhmədov 16 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə 2020-ci ilin avqustun 7-də baş verib. Araşdırmalarla müəyyən edilib ki, A.Əhmədov dənizə birlikdə daxil olduğu 34 yaşlı hamilə yoldaşını aralarında yaranmış mübahisə nəticəsində boğaraq qətlə yetirib.