Azərbaycan ordusunun tank bölmələrində döyüş hazırlığı planına uyğun olaraq döyüş atışları icra olunub. Bu barədə oktyabrın 30-da Müdafiə Nazirliyindən məlumat verilib.
Tank heyətləri döyüş maşınlarının idarə olunması vərdişlərini təkmilləşdirib və təyin olunmuş hədəflərə praktiki atışlar həyata keçiriblər.