Azərbaycanlı şahmatçı Teymur Rəcəbov 6 sentyabr tarixində Çempionlar Turunda 133 xalla dördüncü olub və finala vəsiqə qazanıb.
Şəhriyar Məmmədyarov isə 26 xalla 12-ci yerdə qərarlaşıb.
Rəcəbov 103 min 968 dollar, Məmmədyarov isə 30 min 323 dollar qazanıb.
Turnirdə ilk səkkiz yeri tutan idmançılar finalda iştirak edəcəklər. Final mərhələsi 25 sentyabr tarixində Oslo şəhərində baş tutacaq.
Çempionlar Turu norveçli dünya çempionu Maqnus Karlsen tərəfindən təşkil edilib.