Tovuz rayonunda "ASAN Xidmət"in qabağında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Bu haqda oktyabrın 5-də APA məlumat yayıb.
Ölən şəxs və xəsarət alanlar Tovuz rayon Kirən kənd sakinləridir. Avtoqəza iki avtomobilin toqquşması nəticəsində baş verib.
Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.