Avqustun 12-də Tovuz rayonunun Yanıqlı kəndi yaxınlığında başlayan yanğın söndürülüb. 4 hektar sahədə qaratikan kolları və quru ot yanıb.
Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.
***
12:47
Avqustun 12-də Tovuz rayonunun Yanıqlı kəndi yaxınlığında yanğın başlayıb. Bu barədə FHN məlumat verib.
İlkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə təqribən 5 hektar sahədə kol-kos yanır. Hadisə yerinə FHN-nin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Daha öncə, avqustun 11-də Qəbələnin Tikanlı kəndi yaxınlığında yanğın baş verib. Hazırda yanğın Abrıx, Solqucar, Damnıx kəndlərinin dağlıq ərazilərindəki meşə sahəsində davam edir. Hadisə yerinə FHN-nin yanğından mühafizə bölmələri və helikopter cəlb olunub.
Hər iki rayonda yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.