Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin 68%-i Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətini stabil qiymətləndirib. Əvvəlki hesabatda bu göstərici 39% təşkil edirdi. Bu məlumat 23 sentyabr tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən tədbirdə təqdim olunan hesabatda əks olunub.
“Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021” hesabatında əks olunan məlumata görə, xarici şirkətlərin 57%-i Azərbaycanda fəaliyyətini genişləndirmək və ya yeni investisiya qoymaq niyyətindədir. Həmçinin sorğuda iştirak edən xarici şirkətlərin 43%-i fəaliyyət sahələri üzrə işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edə biləcəklərini bildiriblər.
Ümumilikdə hesabatın hazırlanması üçün 30 ölkəni təmsil edən 270 xarici şirkətə sorğu göndərilib.
Tədbirdə iştirak edən İqtisadiyyat naziri Mikayıl Cabbarov işğaldan azad edilmiş ərazilərimizdə reallaşdırılacaq “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarından, Ağdam Sənaye Parkının strateji əhəmiyyətinindən və işğaldan azad edilmiş ərazilərdə yeni sənaye zonasının yaradılacağınından danışıb.