Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə İnsanoid.com-a nazirliyin Mətbuat Xidməti məlumat verib.
Məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunublar.
21:06
Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş verən yanğın barədə açıqlama yayıb.
İnsanoid.com məlumatı təqdim edir:
“Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Nazirliyin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək”.
20:29
Xırdalanda yaşayış binasında güclü yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, hadisə Bakı-Sumqayıt şosesinin 7-ci kilometrliyində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.
Yanğınla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.
Həmin görüntüləri təqdim edirik: