Avqust ayı ərzində Özünüməşğulluq proqramı çərçivəsində 400 nəfərə yaxın şəxs peşə təlimlərində iştirak edib. Təlimlər Gəncə Peşə Hazırlığı Mərkəzində keçirilib. Bu haqda Dövlət Məşğulluq Agentliyinin saytında 31 avqust tarixində məlumat verilib.
Təlimlərdə kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə öz kiçik bizneslərini qurmaq istəyən şəxslərə nəzəri biliklər verilib.
Özünüməşğulluq proqramında iştirak etmək üçün Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında qeydiyyatdan keçmək lazımdır. Nazirlik tərəfindən potensial imkanlara malik şəxslər müəyyən olunur və onlar biznesin təşkili ilə bağlı bir aylıq təlim kurslarına cəlb edilirlər. Seçdiyi istiqamət üzrə öz biznes planını uğurla müdafiə edən şəxslər aktivlərlə təmin olunurlar. Bu aktivlər 2 il müddətinə müqavilə əsasında təqdim edilir. Müqavilə müddətinin sonunda təqdim edilmiş aktivlər həmin şəxsin mülkiyyətinə verilir.
2021-ci ilin yanvar-iyun ayları ərzində proqrama 7 min işsiz və işaxtaran şəxs cəlb edilib.