top
Dərnəgül dəmir yolu dayanacağından gediş haqqının həcmi açıqlanıb
08 may 2026, 09:16
- ↺ +

Dərnəgül dəmir yolu dayanacağından gediş haqqının həcmi açıqlanıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Bakı şəhərində sərnişin axınının balanslaşdırılmasına və mərkəzdə yüklənmənin azaldılmasına töhfə verəcək növbəti mühüm addım atılıb. Belə ki, 08 may 2026-cı il tarixindən Dərnəgül dəmiryol dayanacağı istifadəyə verilib".

Apa.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

Onun sözlərinə görə, Layihə AZCON Holdingin tərkibinə daxil olan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) tərəfindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilib.

"Bakı–Xırdalan–Sumqayıt xətti üzərində inşa edilən Dərnəgül dayanacağı sərnişinlərin təhlükəsizliyini və rahatlığını maksimum səviyyədə təmin etmək üçün ən müasir infrastruktur standartlarına və tam inklüzivlik prinsiplərinə uyğun layihələndirilib. Dayanacaq ərazisində 2 turniket binası, o cümlədən 2 gözləmə zalı, 4 platforma və 1 piyada üst keçidi tikilib, abadlıq və yaşıllaşdırma işləri görülüb. Sərnişin axınının operativ idarə olunması məqsədilə Bakı istiqaməti üzrə zalda 11, Sumqayıt istiqaməti üzrə zalda 10 turniket, eləcə də hər zalda 1 ədəd olmaqla, fiziki imkanları məhdud şəxslər və uşaq arabası ilə olan valideynlər üçün xüsusi geniş keçidli turniket quraşdırılıb. Həmçinin layihə çərçivəsində Sumqayıt istiqamətində avtomobil və velosiped parkinqi sahələri yaradılıb", - Azər Fərəcov qeyd edib.

Bakı–Dərnəgül, Dərnəgül–Biləcəri və Dərnəgül–Xırdalan istiqamətləri üzrə gediş haqqı 0.60 AZN, Dərnəgül–Sumqayıt istiqaməti üzrə isə 1.00 AZN təşkil edəcək.

Azər Fərəcov onu da əlavə edib ki, qatarlar Bakı Dəmiryol Vağzalından Dərnəgül dayanacağına və əks istiqamətə məsafəni 10 dəqiqə, Dərnəgül–Biləcəri və Biləcəri–Dərnəgül üzrə 8 dəqiqə, Dərnəgül–Xırdalan və Xırdalan–Dərnəgül istiqaməti üzrə məsafəni isə 15 dəqiqəyə qət edəcək.

Dərnəgül dayanacağında digər ictimai nəqliyyat növlərinə inteqrasiya olunmuş asan transfer imkanlarının yaradılması sərnişin axınının birbaşa mərkəzə yönəlməsinin qarşısını alaraq Bakı Dəmiryol Vağzalı və "28 May" metro stansiyası ərazisindəki yüklənməni, xüsusilə pik saatlarda müşahidə olunan nəqliyyat və piyada sıxlığını əhəmiyyətli dərəcədə azaldacaq, eyni zamanda, ictimai nəqliyyat şəbəkəsində balansı gücləndirərək vətəndaşların vaxtına qənaət etməklə paytaxt üzrə ümumi mobilliyi və əlçatanlığı artıracaq. Belə ki, Bakının mikrorayonları, Yasamal rayonu, o cümlədən "İnşaatçılar" və "20 Yanvar" metro stansiyaları istiqamətində hərəkət edən sərnişinlər artıq Bakı Dəmiryol Vağzalına, yəni şəhər mərkəzinə gəlmədən, Dərnəgül dayanacağında düşərək yaxınlıqda yerləşən eyniadlı metro stansiyası və avtobuslarla səfərlərini rahat və operativ şəkildə davam etdirə biləcəklər.

Azər Fərəcov vurğulayıb ki. İlk dövrlərdə dayanacaqda illik 200 min sərnişinə xidmət göstəriləcəyi, 2030-cu ilədək yeni qatarların istismara verilməsi ilə bu göstəricinin 500 min sərnişinə qədər artacağı proqnozlaşdırılır.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 25 oktyabr

Cəmiyyət
Dünən, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Dünən, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Dünən, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Dünən, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Dünən, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Dünən, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Dünən, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Dünən, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Dünən, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
23 oktyabr 2026, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
23 oktyabr 2026, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
23 oktyabr 2026, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
23 oktyabr 2026, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
23 oktyabr 2026, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
23 oktyabr 2026, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
23 oktyabr 2026, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
23 oktyabr 2026, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
23 oktyabr 2026, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
23 oktyabr 2026, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
23 oktyabr 2026, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
23 oktyabr 2026, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
23 oktyabr 2026, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
23 oktyabr 2026, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Cəmiyyət
23 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Cəmiyyət
22 oktyabr 2026, 17:58

Emin Əmrullayev: "Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur"

Cəmiyyət
22 oktyabr 2026, 17:38

Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub

Cəmiyyət
22 oktyabr 2026, 16:49

Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Cəmiyyət
22 oktyabr 2026, 15:56

Keçəlliyə son-Yeni dərman sınaqdan uğurla keçdi

Siyasət
22 oktyabr 2026, 13:14

Paşinyandan sülh sazişi və növbədənkənar seçkilərlə bağlı açıqlama

Oxşar xəbərlər