"44 günlük Vətən müharibəsindən sonra Agentliyin reabilitasiya müəssisələrində müharibə ilə əlaqədar əlilliyi olan 2 650 şəxsə reabilitasiya xidmətləri göstərilib". Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri deyib.
Bu barədə 27 dekabr tarixində APA məlumat verib.
O bildirib ki, bu kateqoriyadan olan 1 766 şəxs 30 min reabilitasiya vasitəsi, 379 şəxs 394 yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təmin olunub.