Külli miqdarda mənimsəmədə təqsirləndirilən 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının sabiq baş həkimi Rəsul Baxşəliyevə hökm oxunub. APA-nın xəbərinə görə, o, 10 il 6 ay azadlıqdan məhrum olunub.
Baş həkim müavini Zinyət İsmayılova ilə 2015-ci ildən 13 aprel 2021-ci ilədək ayrı-ayrı vəzifələrdə işləmiş tibb işçilərinin əmək stajının hesablanması yolu ilə işə gəlməmələrinə şərait yaradıblar.
Bunun müqabilində işçilər əməkhaqqı kartlarını baş həkimə veriblər. Baş həkim və müavini kart hesablarından hər ay pul nağdlaşdırıb öz aralarında bölürdülər. Ümumilikdə 314 min 400 manat pulun nağdlaşdırılması müəyyən edilib.
İstintaq zamanı vurulan maddi ziyanın 112 min manat hissəsinin dövlət büdcəsinə ödənilməsi təmin edilib.