“İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə şəhid ailəsi üzvləri və qazilərdən ibarət 841 şəxs işlə təmin edilib. Bu haqda iyulun 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bu proqrama 2022-ci ildə 80-dək, ümumilikdə isə 262 işəgötürən qatılıb.
İşlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanıb. 1 il ərzində onların əməkhaqları Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdiriləcək.