2021-ci ildə Avropaya ixrac edilmiş 8,2 milyard kubmetr qaz həcmlərinə cari ilin 9 ayı ərzində nail olunub. Bu barədə 14 oktyabr tarixində energetika naziri Pərviz Şahbazov Twitter hesabında paylaşım edib.
Yanvar-sentyabr aylarında Avropaya 8,3 milyard kubmetr qaz tədarük edilib. Türkiyəyə 6,1 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz ixrac olunub. Bu dövrdə qaz ixracı 22,6% artıb.
Bu ilin 9 ayı üzrə operativ məlumatlara görə, hasil edilmiş 24,5 mln. ton neftin 19,7 mln. tonu #İxracaNəql edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə 8,6% artımla hasil edilmiş 34,4 mlrd.m3 qazın 16,3 mlrd.m3-i #ixrac olunub. pic.twitter.com/ndoYvjnVel
— Parviz Shahbazov (@ParvizShahbazov) October 14, 2022