Dəmir yolundan oğurluq edən şəxs saxlanılıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 20 dekabr tarixində xəbər verir.
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları dəmir yolunun Sitalçay ərazisindən keçən işlək dəmir yolu xətlərindən rels yanlıqlarını oğurlamaqda şübhəli bilinən Xızı rayon sakini Ruslan Qədirovu saxlayıblar.
Araşdırmalar zamanı həmin şəxsin ümumilikdə 95 ədəd rels altlığı, 26 ədəd sıxac və 164 ədəd “kastil” oğurladığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.