Ağcabədi rayon sakini özünü yandırıb. Bu barədə noyabrın 22-də İnsanoid APA-ya istinadən xəbər verir.
Belə ki, 25 yaşlı Cavid Ələsgərov ailədaxili məsələlərlə bağlı özünü yandıraraq intihara cəhd edib. O, ağır vəziyyətdə Ağcabədi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Cavid Ələsgərov Vətən müharibəsinin iştirakçısı olub.