Ağcabədi rayonunda narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb, onlardan 12 kiloqram marixuana götürülüb. Bu barədə 16 yanvar tarixində Daxili İşlər Naziriliyi İnsanoid-ə məlumat verib.
Rayon sakini Coşqun Rəfiyev şəhər ərazisində saxlanılıb. O, narkotik vasitəni taksi ilə meşəlik əraziyə apararkən saxlanaraq şöbəyə gətirilib. Avtomobilə baxış zamanı yük yerindən 9 kiloqram marixuana aşkar edilərək götürülüb.
Həmçinin şübhəli qismində saxlanılan zaman Cəfərovun rayonun Hindarx qəsəbəsindəki evinə baxış keçirilib. Bu zaman oradan 3 kiloqram marixuana aşkar edilərək götürülüb.
Hət iki faktla bağlı cinayət işi başlanılıb.