Ağcabədi rayonunun Aran kəndində yanğın hadisəsi baş verib. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 24 dekabr tarixində xəbər verir.
Ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 6 otaqlı evin 5 otağının yanar konstruksiyaları və dam örtüyü 86 kv.m sahədə yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın söndürülüb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.