Ağcabədidə oğurluq edən rayon sakini yaxalanıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 23 dekabr tarixində xəbər verir.
Ağcabədi rayonu ərazisindəki sexlərin birindən 6000 manat dəyərində məişət əşyaları, su mühərriki, generator və 100 metr naqil oğurlamaqda şübhəli bilinən rayon sakini Ş.Babazadə saxlanılıb.
Araşdırma aparılır.