Ağcabədi rayonunda 13 yaşlı yeniyetmə qızı avtomobil vurub. Bu barədə dekabrın 1-də Report xəbər verib.
Hadisə rayon mərkəzində qeydə alınıb. 2009- cu il təvəllüdlü Rəsulova Könül Kənan qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan paytaxtda yerləşən xəstəxanalardan birinə gətirilib.
Müayinə zamanı ona kəllə-beyin travması diaqnozu qoyulub.
Fakt araşdırılır.