Ağcabədidə avtomobil yolu keçmək istəyən piyadanı vuraraq öldürüb. Bu barədə 25 noyabr tarixində Report məlumat verib.
Ötən gün rayonun Kəhrizli kənd sakini Əliyev Mürşüd Əfqan oğlu idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Şərəfxanlı kəndinin ərazisində yolu keçmək istəyən piyada Əliyev Asim İldırım oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.