Ağcabədidə birmərtəbəli evdə yanğın baş verib. Bu barədə 15 dekabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Ümumi sahəsi 200 kv.metr olan binanın 2 otağının yanar konstruksiyaları 36 kv.metr və dam örtüyü 80 kv.metr sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Alov FHN əməkdaşları tərəfindən söndürülüb.