Ağcabədidə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər saxlanılıb. Bu barədə noyabrın 17-də DİN-dən xəbər verilib.
Belə ki, Hindarx qəsəbəsində yaşayan Anar Mamedov saxlanılıb. Ondan 415 qram heroin aşkar edilərək götürülüb.
Bundan əlavə, rayonun Hindarx qəsəbəsində və digər ərazilərində aparılan ardıcıl tədbirlər nəticəsində daha 6 nəfər saxlanılıb. Onlardan ümumi çəkisi 1 kiloqrama yaxın müxtəlif adda narkotik vasitələr aşkar olunaraq götürülüb.