Ağcabədidə qanunsuz ov edən şəxslər saxlanılıblar. Bu barədə noyabrın 15-də Daxili İşlər Nazirliyindən bildirilib.
Belə ki, rayon sakinləri - F.Quliyev və Ü.Həsənovun Salmanbəyli kəndi ərazisində qanunsuz ov etdikləri müəyyən olunub. Həmin şəxslərdən bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və ovladıqları çöl heyvanları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.