Ağcabədi rayonunda qardaşlar arasında mübahisə birinin bıçaqlanması ilə nəticələnib. Bu barədə 15 dekabr tarixində APA məlumat verib.
Sərxoş vəziyyətdə olan 1968-ci il təvəllüdlü Ziyad İbişov qardaşı - 1961-ci il təvəllüdlü Muradxan İbişova bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Yaralı xəstəxanaya çatdırılıb.
Ziyad İbişov polis əməkdaşları tərəfindən saxlanılıb.