Ağcabədidə baş verən qəza ölümlə nəticələnib. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 28 noyabr tarixində məlumat verir.
Noyabrın 27-də saat 03:00 radələrində Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində Masallı rayon sakini Mirsadiq Bəşirli idarə etdiyi “Daewoo” markalı avtomobili aşırıb.
Nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.