Ağcabədi rayonunda yanğın baş verib. Bu barədə noyabrın 19-da Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə Sarıcalı kəndində qeydə alınıb. Nəticədə sahəsi 80 m² olan köməkçi tikilinin qamışdan ibarət tavanı yanıb.
Tikilinin qalan hissəsi alovdan mühafizə olunub. Yanğın söndürülüb.