Ağdaş rayonunda üç yaşlı oğlan su arxında boğularaq ölüb. Bu haqda İnsanoid noyabrın 24-də APA-ya istinadən xəbər verir.
Belə ki, polisə Ağdaş rayon sakini, 2019-cu il təvəllüdlü M. Ağayevin yaşadığı evin yaxınlığındakı su arxına düşməsi barədə məlumat daxil olub.
Polis, prokurorluq və FHN əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.