Ağdaşda körpənin üzərinə qaynar su dağılıb. Bu barədə noyabrın 26-da Lent.az xəbər verib.
Hadisə rayonun Ağcayazı kəndində qeydə alınıb. Bir yaşlı F.Rəşidbəylinin üzərinə yaşadığı evdə qaynar su dağılıb.
Körpə xəstəxanaya yerləşdirilib. Onun bədəni yanıb.
Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.