top
Ağdaşda böyük əməliyyat: oğurluq və narkotik dövriyyəsi ilə məşğul olanlar saxlanılıblar
12 yanvar 2023, 22:47
- ↺ +

Ağdaşda böyük əməliyyat: oğurluq və narkotik dövriyyəsi ilə məşğul olanlar saxlanılıblar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağdaşda oğurluq edən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər tutulub. Bu haqda məlumat Daxili İşlər Nazirliyindən İnsanoid-ə bu gün, 13 yanvar tarixində verilib.

Belə ki, rayon ərazisində yerləşən 3 evdən məişət və qızıl-zinət əşyaları, eləcə də mobil telefonun oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub.  Aparılan araşdırmalar zamanı cinayət hadisələrinin eyni şəxs tərəfindən törədildiyi müəyyən olunub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları etməkdə şübhəli bilinən keçmiş məhkum Mənsur Məhərrəmov tutularaq istintaqa təhvil verilib. Onun ayrı-ayrı şəxslərə satdığı əşyaların bir neçəsi maddi sübut kimi götürülüb.

Keçirilən digər əməliyyat nəticəsində isə avtomobil təmiri məntəqəsindən nəqliyyat vasitəsinin ehtiyat hissələrini oğurlayan rayon sakini Firqət Quliyev saxlanılıb. O, ifadəsində əməlini etiraf edib və oğurladıqlarını metal qəbulu məntəqəsinə satdığını bildirib.

Şöbə əməkdaşlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyatlar nəticəsində isə daha 7 nəfər rayon sakini – Fariz Cümşüdov, Mübariz Əzizov, Elşad Yusifov, Vasif Qasımov, Yalçın Məmmədov, Rəsul Rəhimov və Elşən Şirinov saxlanılıblar. Saxlanılan şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələr aşkarlanaraq götürülüb. Qeyd edək ki, saxlanılan şəxslərin əksəriyyəti əvvəllər də analoji, eləcə də digər cinayət əməllərinə görə məhkum olunmuşlardır.

Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

[URIS id=101270]

 

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 17:31

Rusiyanın məşhur "Bitva şefov" kulinariya şousunda Azərbaycanı təmsil edən aşpaz Elçinin çıxışı diqqət çəkib

Xarici xəbərlər
Bu gün, 16:42

Yekaterina Raykina: "Başqa övladım ola bilərdi, amma belə ər tapa bilməzdim"

Xarici xəbərlər
Bu gün, 15:49

Maya Sandu: "Moldova enerji sahəsində Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır" - VİDEO

Yerli xəbərlər
Bu gün, 15:23

Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gedib

Yerli xəbərlər
Bu gün, 15:17

DYP: "O bizi həyata bağlayan bağdır"

Yerli xəbərlər
Bu gün, 15:13

Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb

Xarici xəbərlər
Bu gün, 14:21

Durov Makronun qeyri-ənənəvi seksual orientasiyasına eyham vurub

Xarici xəbərlər
Bu gün, 13:50

Göydələnin zirvəsində evlilik təklifi etdilər, indi isə məhkəməyə hazırlaşırlar

Yerli xəbərlər
Bu gün, 13:44

Paşinyan COP31 çərçivəsində Tarkanın məşhur "Şımarık" mahnısını dinləyib - VİDEO

Xarici xəbərlər
Bu gün, 12:43

Ermənistanda TRIPP layihəsi üzrə şirkətin yaradılmasına dair qanunvericilik paketi qəbul edilib

Yerli xəbərlər
Bu gün, 10:58

Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI

Yerli xəbərlər
Bu gün, 09:37

General Natiq Əliyevin qızı saxlanıldı

Xarici xəbərlər
Bu gün, 09:16

Yoldaşına xəyanət edən "Nvidia"nın baş direktoru vəzifəsindən uzaqlaşdırıla bilər

Yerli xəbərlər
Bu gün, 08:58

Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib - FOTO

Yerli xəbərlər
Bu gün, 00:01

12 Noyabr – Konstitusiya Günü

Yerli xəbərlər
Dünən, 18:02

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

Yerli xəbərlər
Dünən, 17:27

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 15:40

Xocavənddə traktor minaya düşüb, xəsarət alan var

Xarici xəbərlər
Dünən, 14:19

Zelenski Kopenhagendə Şimali Avropa ölkələrinin liderləri ilə görüşüb

Yerli xəbərlər
Dünən, 13:02

Deputat ev təsərrüfatlarının statistik uçotunun məqsədini açıqlayıb

Yerli xəbərlər
Dünən, 12:39

Sabahın hava proqnozu AÇIQLANIB

Xarici xəbərlər
Dünən, 12:36

Ad gününü Atatürkə görə dəyişən böyük ürək: "Şaban"ın bilmədiyimiz üzü

Yerli xəbərlər
Dünən, 12:28

Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib

Yerli xəbərlər
Dünən, 12:25

Azərbaycanda minimum maaşa ildə azı bir dəfə baxılacaq

Oxşar xəbərlər