Ağdaş rayonunda dayanacaqda 66 yaşlı kişinin meyiti aşkarlanıb. Bu barədə 18 noyabr tarixində Report məlumat verib.
Hadisə noyabrın 17-də rayonun Yuxarı Ləki kəndi ərazisində, Ləki-Zərdab yolunun kənarında yerləşən dayanacaqda qeydə alınıb.
Belə ki, 1956-cı il təvəllüdlü, tüfeyli həyat tərzi keçirmiş, mütəmadi olaraq spirtli içki qəbul etmiş Qasımov Umar Qasım oğlunun üzərində xəsarətləri olmayan meyiti aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.