Ağdaşda qəza bir nəfərin həyatına son qoyub. Bu barədə Apa 1 dekabr tarixində məlumat verib.
Cavidan Cabbarovun idarə etdiyi "Mercedes" markalı avtomobil Raqif Həmidovun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə toqquşub.
Yol-nəqliyyat hadisəsi nəticəsində "VAZ 2107"nin sürücüsü və sərnişinləri Bahar Həmidova, Elmira Həmidova və 11 yaşlı Nicat Həmidzadə xəstəxanaya yerləşdiriliblər.
Sərnişin Bahar Həmidova dünyasını dəyişib.