Ağdaşda intihar hadisəsi olub. Bu barədə 13 oktyabr tarixində Lent.az məlumat verib.
Belə ki, 59 yaşlı Rəhimov Tapdıq Qurban oğlu yaşadığı evin həyətindəki talvarda özünü saman ipi ilə asıb.
Məlumata görə, mərhum ağır formada şəkər xəstəsi olub. Onun məhz xəstəlik səbəbilə özünü öldürdüyü deyilir.
Faktla bağlı araşdırma aparılır.