Ağdaş rayonunda qadın dəm qazından zəhərlənib. Bu barədə 12 dekabr tarixində Report məlumat verib.
Bildirilib ki, rayonun Yuxarı Ləki kənd sakini G.Əliyeva yaşadığı evdə dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hazırda o, xəstəxanada müalicə olunur.
APA-nın məlumatına görə, Ağstafada da zəhərlənmə baş verib. Hadisə rayonun Qarahəsənli kəndində qeydə alınıb.
1975-ci il təvəllüdlü Naibə Huseynova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, N.Huseynova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
Hər iki faktla bağlı araşdırma aparılır.