Ağdaşda birmərtəbəli evdə yanğın olub. Bu haqda 2 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi xəbər verib.
Hadisə rayonun Ərəbocağı kəndində baş verib. Yanğın nəticəsində ümumi sahəsi 140 kv.m olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.