Ağstafada zəhərlənmə faktı qeydə alınıb. Bu barədə Apa 29 dekabr tarixində məlumat verib.
Rayonun Dağ Kəsəmən kəndində 17 yaşlı Nuray Sərkərnamazlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, N.Sərkərnamazlı yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.