Ağstafa şəhərində əmək yarmarkası təşkil olunub. Bu barədə 14 oktyabr tarixində Dövlət Məşğulluq Agentliyinə məlumat verib.
Yarmarkanın maqsədi Qazax və Ağstafa rayonlarında işsiz və işaxtaran vətəndaşların məşğulluğunu təmin etməkdir. Burada 16 dövlət müəssisəsi və özəl şirkət tərəfindən ümumilikdə 250-yə yaxın vakansiya təqdim edilib.
İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, vakansiya tələblərinə uyğun namizədlər növbəti mərhələyə dəvət edilib.
Əmək yarmarkasında əlilliyi olan yeniyetmələrin əl işlərinin satış-sərgisi də təşkil edilib.