Ağstafada hoteldə əxlaqsızlıq yuvası aşkarlanıb. Bu haqda dekabrın 3-də Report xəbər yayıb.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan ilkin yoxlama hərəkətləri ilə əlaqədar keçirilən baxış zamanı Ağstafa şəhərindəki "Təbriz" hotelinin 1-ci mərtəbəsində yerləşən otaqda əxlaqsız yuva kimi təşkil olunaraq saxlanılması müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin “əxlaqsızlıq yuvaları saxlama, fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə” maddəsi ilə cinayət işi başlanılıb.