Ağstafa rayonunda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxş saxlanılıb. Bu barədə İnsanoid Trend-ə istinadən bu gün, 15 dekabr tarixində xəbər verir.
RPŞ-тin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “VAZ-2106” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb.
Sürücü Nazir Hüseynovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, onun narkotik vasitədən istifadə etdiyi məlum olub.
Saxlanılan şəxsin barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 30 sutka inzibati qaydada həbs edilib.