Ağstafada iki nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. Bu barədə məlumatı Report-a istinadən veririk.
Hadisə rayonun Dağ Kəsəmən kənd ərazisində baş verib. Məlumata əsasən, "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb.
Qəza nəticəsində Ağstafa rayon sakini, 26 yaşlı M.Qocayeva və C.Namazov xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.