Ağstafa rayonunda ard-arda baş verən iki avtomobil qəzasında üç nəfər xəsarət alıb. Bu barədə 8 iyun tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisələrdən biri Poylu kəndində baş verib. Sözügedən qəza zamanı bir nəfər xəsarət alıb və o, xəstəxanaya çatdırılıb.
İkinci hadisə isə rayonun Qıraq Kəsəmən kəndində qeydə alınıb. Minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılması nəticəsində 1998-ci il təvəllüdlü şəxs və onun həmyaşıdı xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Hər iki faktla bağlı araşdırma aparılır.