Ağsu sakinindən qanunsuz ov tüfəngləri götürülüb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 29 dekabr tarixində xəbər verir.
Dekabrın 28-də Kürdəmir rayonunun Qocalı kəndi ərazisində yerləşən fermasını Ağsu rayon sakini V.Vahidova icarəyə verən rayon sakininin ondan icarə pulunu ala bilməməsi, həmçinin Vahidovun onu tüfənglə hədələməsi barədə polisə məlumat daxil olub.
Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ağsu rayon sakini V.Vahidovdan qanunsuz saxladığı “İJ” və “TOZ” markalı 2 ədəd ov tüfəngi götürülüb.