Ağsuda yanğın baş verib. Bu barədə 12 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
Rayonun Padarqışlaq kəndində ümumi sahəsi 140 kv.m olan talvarın yanar konstruksiyaları 90 kv.m sahədə və altına yığılan 18 ton ot bağlamasının 5,5 tonu yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb edilib. Yanğın söndürülüb.
Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.