Ali Məhkəmənin hakimi İlqar Xələfovun səlahiyyətlərinə xitam verilib. Bu barədə noyabrın 17-də Report-a həmin qurumun Mülki Kollegiyasının sədri Sənan Hacıyev bildirib.
Bu, onun son yaş həddinə çatması ilə əlaqədardır.
Sözügedən şəxs 1957-ci ildə anadan olub. O, 2013-cü ildən həmin vəzifədə çalışırdı.