"Apple" şirkəti "TikTok" və Çinin "ByteDance" şirkətinə məxsus daha on tətbiqi "App Store"dan silib.
TechCrunch.com-un məlumatına görə, "TikTok"ün özü ilə birgə "TikTok Studio", "TikTok Shop", "CapCut", "Lemon8", "Hypic", "Lark", "Lark - Rooms Display", "Lark Rooms Controller", "Gauth: AI Study Companion" və "Marvel Snap" daxil olmaqla cəmi 11 proqram silinib.
Proqramların endirilməsi və yenilənməsi qadağası 19 yanvar 2025-ci ildə qüvvəyə minib.